Sentyabrın 18-i səhər saat 8:00-a olan məlumata görə, Qırğızıstan-Tacikistan sərhədində gecə atəşkəs rejiminə dair razılaşmalar pozulmadan və atəş açılmadan keçib.

“Leqal.info” xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, hər iki tərəfdən görülən tədbirlərə baxmayaraq, vəziyyət gərgin olaraq qalır:

“Hazırda tərəflərin nümayəndələri dövlət sərhədində işlərini davam etdirirlər, onlar əldə olunmuş razılaşmalara ciddi əməl olunması üçün müvafiq işlər aparırlar”.