Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda sənaye bölgəsində iş yerində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3-ü ağır olmaqla 5 nəfər yaralanıb.


Leqal.info xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Məlumata görə, hadisə yerinə çox sayda polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım heyəti cəlb olunub.

Hadisəyə ilkin səbəb kimi oksigen balonunun partlaması göstərilir.