“Rusiya indiyədək Ukrayna ərazisinə İran istehsalı olan 400-dən çox PUA buraxıb”.

Leqal.info UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib.

O bildirib ki, dronların əksəriyyəti vurulub: “Amma təəssüf ki, onları 100 faiz məhv etmək mümkün deyil”.