Türkiyənin İsparta şəhərində türk dövlətləri hərbçilərinin birgə təlimləri keçirilir.

Leqal.info-nun xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Şimali Kipr Türk Respublikasının hərbçiləri iştirak edirlər.

Hərbçilər yaşayış məntəqəsində terrorçulara qarşı əməliyyatın keçirilməsini məşq edirlər.

“Birik, bərabərik və güclüyük”, -Türkiyə MN-dan bildirilib.