"Müqayisələr çətindir. Putin Putindir, Xruşşov isə Xruşşovdur. Ona görə düşünürəm ki, Putin heç kimlə müqayisə oluna bilməz".

Leqal.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Karib böhranı barədə danışarkən Rusiya dövlətinin başçısı Vladimir Putini Sovet lideri Nikita Xruşşovla müqayisə etməməyə çağırıb.