Ukrayna parlamentinin insan haqları üzrə komissarı Dmitri Lubinets Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkəni tərk edənlərlə bağlı açıqlama verib.

Leqal.info xəbər verir ki, Dmitri Lubinets müharibənin başladığı 24 fevraldan bəri 14,5 milyondan çox ukraynalının ölkəni tərk etdiyini açıqlayıb.

“Fevralın 24-dən sonra 14,5 milyondan çox ukraynalı ölkəni tərk edib və onlardan ən azı 11,7 milyonu Aİ ölkələrinə gedib. Avropada 7,7 milyon insan müvəqqəti mühafizə xidmətlərinin alıcısı kimi qeydiyyatdadır”, - o qeyd edib.

Lubinets, davam edən müharibə səbəbindən 4,7 milyon ukraynalının məcburi köçkünə çevrildiyini də vurğulayıb.