Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb.

Leqal.info xəbər verir ki, görüşdə təhlükəsizliyin möhkəmlənməsi müzakirə olunub.

Şoyqu bildirib ki, Moskva və Ankara Ukrayna ilə bağlı 2022-ci il İstanbul razılaşmalarının həyata keçirilməsini təmin etmək üçün əlindən gələni edib, ancaq Qərb onları pozub: "İstanbul razılaşmaları o vaxt birgə hazırlanıb. Qərbin müdaxiləsi olmasaydı, bu işi başa çatdırmaq üçün hər cür imkanımız olardı".

Şoyqu BMT-nin Baş katibi Antonio Quterreşi Qara Dəniz Taxıl Təşəbbüsünü pozmaqda ittiham edib: "Razılaşmalarda iştirak edən yeganə - üçüncü iştirakçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyib. Mən BMT-ni, cənab Antonio Quterreşi nəzərdə tuturam".

O vurğulayıb ki, Rusiya və Türkiyə isə öz növbəsində öhdəliklərini tam yerinə yetirib.

Leqal.info