Sabunçu rayonunda 62 yaşlı kişini elektrik cərəyanı vurub.
Leqal.info xəbər verir ki, hadisə iyunun 16-da Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini 1964-cü il təvəllüdlü Fərrux Cavadov evində elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb.