Cənubi Koreya parlamenti oktyabrda Seulun mərkəzində 158 nəfərin ölümü ilə nəticələnən izdihamdan sonra müxalif Toburo Demokrat Partiyasının daxili işlər naziri Li San Minin istefaya göndərilməsi ilə bağlı təklifini dəstəkləyib.

“Leqal.info” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, səsvermədə iştirak edən 183 deputatdan 182-si bu təklifin leyhinə səs verib. Hakim Vətəndaş Gücü partiyasının üzvləri iclası boykot ediblər. Lakin parlamentdə müxalif partiyanın deputatları çoxluq təşkil etdiyinə görə bu təklifi olunub.