Leqal.info Habertürk.com-a istinadən xəbər verir ki, Rəqabət Qurumunun 2023-cü ildə veriləcək inzibati cəzalarda tətbiq olunacaq alt limitlə bağlı bildirişi Rəsmi Qəzetdə dərc olunub.
Müvafiq olaraq, “Rəqabətin Müdafiəsi haqqında” Qanunun 16-cı maddəsinin birinci bəndində nəzərdə tutulan inzibati cərimənin aşağı həddi 2022-ci il üçün müəyyən edilmiş 122,93 faiz yenidən qiymətləndirmə dərəcəsi əsasında 2023-cü il üçün 105 min 688 lirə olaraq müəyyən edilib.
Kommunike 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Elnurə Fərhadqızı
Leqal.info