Bu barədə Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb. Bu mərkəzlərdə rusiyalı tələbələr hərbi hazırlıq proqramları üzrə təlim keçəcəklər.

Leqal.info vesti.ru-ya istinadən xəbər verir ki, Mişustinin sərəncamı hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub. Həştərxan Dövlət Universitetində, Uzaq Şərq Dövlət Aqrar Universitetində və İjevsk Dövlət Texniki Universitetində hərbi təlim mərkəzləri yaradılacaq.

Rusiya Müdafiə Nazirliyi “Hərbi hazırlığın əsasları” təlim modulunu hazırlayıb. Bakalavr və mütəxəssis dərəcələri üzrə təhsil proqramlarına, habelə əlavə peşə proqramlarına daxil olmaq üçün universitetlərə göndərilir.

Elvin Mahmudlu
Leqal.info