Şərqi Çin dənizində Rusiya və Çinin “Dəniz Qarşılığı - 2022” birgə manevrləri başa çatıb. Yeddi gün ərzində iki ölkənin hərbi gəmiləri düşmənin sualtı qayıqlarını axtarıb məhv etməyi, hava hücumundan müdafiəni təşkil etməyi öyrəniblər.

Leqal.info vesti.ru-ya istinadən xəbər verir ki, Təlimlərdə Rusiya Sakit Okean Donanmasının flaqmanı “Varyaq”, həmçinin “Marşal Şapoşnikov” freqatı, “Aldar Tsıdenjapov” və “Perfect” korvetləri ilə təmsil olunub.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun izah etdiyi kimi, birgə manevrlər ABŞ-ın Asiya-Sakit okean regionunda təcavüzkar hərəkətlərinə reaksiyadır.
Elvin Mahmudlu
Leqal.info