Belarus Silahlı Qüvvələrinin zenit-raket qüvvələrinin rəhbəri Kirill Kazantsev cümə günü bildirib ki, Minsk Ukraynanın S-300 zenit-raket kompleksinin Brest vilayətində düşməsinin səbəbləri ilə bağlı iki versiyanı nəzərdən keçirir.
Kazantsevin sözlərinə görə, Belarus ordusunun hava hücumundan müdafiə ekipajları normal işləyiblər - raket ələ keçirilib.


Leqal.info vesti.ru-ya istinadən xəbər verir ki, Belarus Müdafiə Nazirliyi hadisə ilə bağlı "sual olaraq qaldığını" bildirib. Kazantsevin dediyi kimi, bu, zəif təlim keçmiş Ukrayna ekipajının səhvi və ya silahların nasazlığı ola bilər. Müdafiə Nazirliyinin Teleqram-da video şərhinə görə, eyni zamanda, Minsk Kiyev rejiminin qəsdən təxribat törətdiyini istisna etmir.

Fövqəladə vəziyyət barədə dərhal Belarus prezidenti Aleksandr Lukaşenkoya məlumat verilib. O, İstintaq Komitəsinə və Müdafiə Nazirliyinə bütün halları öyrənməyi tapşırıb.
Elvin Mahmudlu
Leqal.info