Suriya prezidenti Bəşər Əsəd Rusiya lideri Vladimir Putinə yeni il təbriki göndərərək, gələn ilin Rusiya Federasiyasına uğurlar, davamlı inkişaf və firavanlıq gətirməsini arzulayıb.

Leqal.info vesti.ru-ya istinadən xəbər verir ki, Əsəd həmçinin Rusiyanın Suriya xalqına terrorizmlə mübarizədə verdiyi böyük dəstəyin və ərazilərinin bütövlüyünü qorumaq istəyinin Rusiya Federasiyasının prinsip və dəyərlərini və onun müdafiə etmək istəyini əks etdirərək sülh və sabitlik qənaətində olduğunu bildirib.

Əsəd və Putin Yeni il münasibətilə təbrik teleqramları mübadiləsi aparıblar.

Rusiya Federasiyasının prezidenti suriyalı həmkarına təbrikində Moskvanın Suriyanın suverenliyi, birliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyəcəyini təsdiqləyib.

Putin Əsədə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Suriya xalqına isə sülh və firavanlıq arzulayıb.

Rusiya prezidentinin Milad bayramı və qarşıdan gələn Yeni il münasibətilə xarici dövlət və hökumət başçılarına təbriki Kremlin saytında dərc olunub.
Elvin Mahmudlu
Leqal.info