Rusiya XİN-in məlumatına görə, MDB iştirakçısı olan dövlətlərin vətəndaşlarının pensiya sahəsində hüquqlarının təminatı haqqında saziş 2023-cü il yanvarın 1-dən ləğv edilir. Müqavilə 1992-ci il martın 13-də Moskvada imzalanıb.

Leqal.info Vesti.ru-ya istinadən xəbər verir ki, 2022-ci ilin iyununda Rusiya prezidenti Vladimir Putin MDB ölkələri vətəndaşlarının pensiya ilə hüquqlarının təminatı haqqında sazişin denonsasiyası haqqında qanun imzalayıb. Bundan əvvəl Dövlət Duması və Federasiya Şurası razılaşmanı denonsasiya etmişdi.

Belə ki, əvvəlki razılaşmanın denonsasiyası halında MDB vətəndaşlarının pensiya təminatı yeni sazişlərə və ya milli qanunlara uyğun olaraq həyata keçirilir, qanuna şərhlərdə deyilir.