Ukraynaya məxsus kəşfiyyat pilotsuz təyyarəsi gecə saatlarında Voronejə yaxınlaşarkən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Leqal.info xəbər verir ki, bu barədə vilayət hökumətindən məlumat verilib.
"Bu gecə Voronejə yaxınlaşarkən, Ukrayna ərazisindən buraxılan kiçik ölçülü kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı aşkar edilərək hava hücumundan müdafiə vasitələri ilə vurulub", - məlumatda deyilir.

Rəsmilərin məlumatına görə, yerdə tələfat və dağıntı yoxdur, vəziyyət nəzarət altındadır. (Mənbə: vesti.ru)
Elvin Mahmudlu
Leqal.info