Moldova prezidenti Maya Sandu Davos iqtisadi forumunda çıxışı zamanı dövlətləri Ukraynaya kömək etməyə səsləyib.

Leqal.info xəbər verir ki, Maya Sandu deyib: “Rusiya təcavüzünə qarşı mübarizədə qalib gəlmək üçün Ukraynaya kömək etmək lazımdır. Əks halda, digər ölkələri təhlükə qarşısındadır.”
Maya Sandunun sözlərinə görə, demokratiyanı qorumağın tək yolu həmrəylikdir:
“Biz Rusiyanı demokratik ölkə hesab etmirik. Bu isə təhlükənin hələ də mövcud olduğuna işarədir. “
Maya Sandu qeyd edib ki, sözügedən təhlükənin aradan qaldırılması üçün Rusiya məğlub edilməlidir.
Leyla Kamil
Leqal.info