İsveçin paytaxtı Stokholm şəhərində güclü partlayış baş verib.

Leqal.info xəbər verir ki, Hüquq mühafizə orqanlarından bildirilən məlumata görə hadisə şəhərin qərbində yerləşən Kista turizm rayonunda olub. Qeyd olunur ki, inzibati binalardan birinin yaxınlığında quraşdırılan bomba partladılıb və nəticədə binaya ciddi şəkildə zərər dəyib. Ölən və xəsarət alan yoxdur.
Hadisə ilə əlaqədar olaraq araşdırma başlayıb.
Leyla Kamil
Leqal.info