Ukrayna Prezidenti Volodimir Zelenski Davos Dünya İqtisadi Forumunun üçüncü günündə videomüraciət formatında olan çıxışında bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibə yalnız döyüş meydanında getmir. Buna görə də artıq Ukraynada olan qəzaları bədbəxt hadisə deyil, müharibənin nəticəsidir.

“Düşünürəm ki, bu gün mənim və cəmiyyətin malik olduğu müharibə təcrübəsinə əsasən bu, bədbəxt hadisə deyil-bu, müharibədir. Müharibə ancaq döyüş meydanında getmir, onun bir neçə istiqaməti var. İndi qəzalar yoxdur, hər şey müharibənin nəticəsidir” deyə Ukrayna Prezidenti qeyd edib.
Prezidentin öz təhlükəsizliyi barədə suala cavabında o, bunun onu narahat etmədiyini vurğulayıb.
Leyla Kamil
Leqal.info