“Sputnik Armenia”nın yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin 2-ci korpusuna yeni komandir təyin olunub.

Leqal.info xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın qərarı ilə Qareqin Poqosyan yeni korpus komandiri təyin edilib.
Sözügedən korpusun keçmiş komandiri Vaqram Qriqoryan korpusa tabe olan hərbi hissələrdən birində bu gün olmuş yanğında çoxlu sayda hərbiçinin həlak olması səbəbilə prezidentin sərəncamı ilə azad olunub.
Leyla Kamil
Leqal.info