İranın Təhlükəsizlik Nazirliyinin Sistan və Bəlucistan əyaləti üzrə Kəşfiyyat Baş İdarəsinin verdiyi məlumata görə, Sistan və Bəlucistan əyalətində İŞİD-ə bağlı 2 terrorçu dəstə məhv edilib.

Leqal.info xəbər verir ki, “Terror qruplaşmasının məqsədlərindən biri də Çabaharda əcnəbiləri və iş adamlarını girov götürmək olub. Aralarında Tacikistan və Əfqanıstan vətəndaşlarının da olduğu birləşmələrin üzvlərinin etirafları göstərir ki, onların ölkənin cənub-şərqində təhlükəsizliyi pozmaq üçün böyük planları olub” deyə bildirilib.
Leyla Kamil
Leqal.info