Yaponiyanın Kobe şəhərində yaşayış kompleksində baş verən yanğında 4 nəfər ölüb, xəsarət alan 4 nəfərin isə vəziyyəti ağırdır.

Leqal.info xəbər verir ki, yalnız 3 saatdan sonra söndürülən yanğının olduğu üçmərtəbəli binanın birinci mərtəbəsində 4 nəfərin meyiti aşkarlanıb. 40-70 yaş aralığında olan, xəstəxanaya yerləşdirilən 4 nəfər huşsuzdurlar və vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Leyla Kamil
Leqal.info