Rusiyanın Zabaykal əyalətinin Karımskoye kəndində fərdi yaşayış evində olan yanğında 1-i uşaq olmaqla 4 nəfər həyatını itirib.

Leqal.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş idarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə yanğın 20 kv. m ərazini əhatə edib, yanğın yeri nəzərdən keçirilərkən iki kişi və 1 qadının meyiti aşkar olunub.
Xəstəxanaya yerləşdirilən uşağın da həyatını xilas etmək mümkün olmayıb.
Sözügedən faktla bağlı araşdırmalar aparılır.
Leyla Kamil
Leqal.info