Nazirlər Kabinetinin iclasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında prezident və parlament seçkiləri üçün ən münasib tarixin 14 may olduğunu qeyd edib.

Leqal.info xəbər verir ki, prezident və parlament seçkilərinin normal vaxtı 18 iyundur. Ancaq biz həmin tarixi təzələməyə ehtiyac duyduq. Ona görə ki bu tarix Qurban bayramı ilə eyni vaxta düşür. Parlamentimiz lazımi səs çoxluğunu toplamadığı təqdirdə mən prezident olaraq qərar qəbul edəcəyəm” deyə Ərdoğan bildirib.
Leyla Kamil
Leqal.info