Ukrayna Prezidenti Volodimir Zelenski teleqramında paylaşılan ənənəvi axşam videomüraciətində ölkənin dövlət qulluqçularına və deputatlarına məzuniyyət və dövlətin ehtiyacları ilə əlaqəsi olmayan başqa məqsədlər üçün ölkə xaricinə çıxmalarının qadağan edildiyini deyib.

Leqal.info xəbər verir ki, Ukrayna prezidenti bu haqda Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının mövcud olduğunu qeyd edib.
“Məmurların xaricə getməsi haqqında Milli Təhlükəsizlik və Müdafiə Şurasının prinsipial qərarı mövcuddur. Bu, mərkəzi hökumətin bütün məmurlarına, yerli idarəetmənin müxtəlif səviyyələrinə aiddir, bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, prokurorlara, deputatlara, eyni zamanda dövlət üçün və dövlətdə işləməli olanların hamısına şamil olunur” deyə Zelenski bildirib.
“İndi dincəlmək istəsələr, dövlət qulluğunun xaricində dincələcəklər. Rəsmilər məzuniyyət yaxud digər dövlətə aid olmayan məqsədlər üçün xaricə səyahət edə bilməyəcəklər” deyə Ukrayna prezidenti qeyd edib.
Leyla Kamil
Leqal.info