Bolqarıstan Prezidenti Rumen Radev Bolqarıstan Milli Televiziyasının efirində 48-ci parlamentin buraxılması, yeni hökumətin təyin edilməsi və növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar fərmanlar imzalamaq niyyəti olduğunu açıqlayıb.

Leqal.info xəbər verir ki, Bolqarıstan Prezidenti növbədənkənar seçkiləri aprelin 2-nə təyin etmək istədiyini bildirib.
Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə də görüşən, onlarla növbədənkənar parlament seçkilərinin baş tutmasına hazırlıq tarixlərini müəyyən edən Rumen Radev aprelin 2-nə kimi hər şeyin hazır olacağını vurğulayıb.
Elvin Mahmudlu
Leqal.info