Leqal.info xəbər verir ki, ölkədə temperaturun kəskin formada aşağı düşməsi nəticəsində həyatını itirənlərin sayının son 1 həftə ərzində 2 dəfə artdığı bildirilib.
Bir müddət əvvəl Əfqanıstan əhalisinə kömək məqsədilə BMT-nin Humanitar Məsələləri Koordinasiya Ofisi (UN OCHA) 565 min nəfər üçün nəzərdə tutulmuş bir sıra istilik ləvazimatları, sığınacaqlar və istilik cihazlarının paylanmasına başladığını qeyd etmişdi.
Qeyd edək ki, Əfqanıstanda ilin başlanğıcından kəskin soyuqlar qeydə alınıb və havanın temperaturu 28 dərəcə şaxtaya kimi enib və bu da Əfqanıstanda ilin indiki dövrü üçün ən sərt qış olduğunu göstərir. UN OCHA-NIN yaydığı məlumata əsasən, temperaturun bu cür kəskin formada dəyişməsi humanitar böhranın güclənməsinə səbəb olur və indiki zamanda 30 milyon insanın həyatını xilas etmək üçün köməyə böyük ehtiyac var.
Leyla Kamil
Leqal.info