“Sputnik Armenia” Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın xidməti avtomobilinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Leqal.info xəbər verir ki, hadisə bu gün səhər İrəvanın mərkəzi küçələrinin kəsişməsində baş verən qəza səbəbi ilə hər iki avtomobilin sürücüsü alkoqol testindən keçirilib və sərxoşluq müəyyən edilməyib.
Sürücülər qəzaya səbəb olan yol hərəkəti qaydasını pozmaqda bir-birini günahlandırır.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Leyla Kamil
Leqal.info