Fələstin Prezidenti Mahmud Abbas bu gün səhər Cenində İsrail ordusu ilə toqquşma zamanı 9 fələstinlinin həlak olması ilə bağlı 3 günlük matəm elan edib.

Leqal.info xəbər verir ki, Fələstin mediasının yaydığı məlumata əsasən, ölkədə bayraqların yarıya qədər endirilməsi ilə bağlı qərar verilib.
İsrail tərəfi isə hərbçilərin hücum planı olan Fələstin İslami Cihadının axtarışda olan üzvlərini, habelə düşərgədə əsgərlərlə üz-üzə gəlmiş silahlı şəxsləri güllələyərək öldürdüyünü bildirib.
Toqquşmalar əsnasında öldüyü bildirilən yaşlı qadının ölümünün araşdırıldığı İsrail Müdafiə Qüvvələri tərəfindən bəyan edilib.
Qeyd edək ki, zorakılığın onda dərin narahatlıq yaratdığını, kədərləndirdiyini bildirən BMT-nin Yaxın Şərq Elçisi tərəfləri “sakitliyi bərpa etməyə, mövcud gərginliyi aza endirməyə” səsləyib.
Leyla Kamil
Leqal.info