Leqal.info xəbər verir ki, nazir bildirib ki, Böyük Britaniya uzun müddət Gürcüstanın yanında olacaq.
Görüşdə Böyük Britaniyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini qeyd edən Ceyms Kleverli, eyni zamanda Gürcüstanın Ukraynaya verdiyi dəstəyi təqdir edib.
“Bu gün mən bir daha bildirdim ki, Böyük Britaniya gürcü dostlarının yanındadır və Rusiyadan hələ də qarşı-qarşıya olduqları hibrid təhlükələrə qarşı olan mübarizədə onlara yardım etməkdə aparıcı rolumuzu davam etdirəcəyik”-deyə Ceyms Kleverli vurğulayıb.
Elvin Mahmudlu
Leqal.info