“İtaly -24 News” agentliyinin yaydığı məlumata əsasən, İtaliyanın mərkəzində 4,1 bal gücündə zəlzələ baş verib, qatarların hərəkəti dayanıb.

Leqal.info xəbər verir ki, zəlzələ, həmçinin Rimini və Ravenna kimi böyük şəhərlərdə də hiss olunub.
Zəlzələ nəticəsində dağıntılar, ölənlər və xəsarət alanlar ilə bağlı hələ ki məlumat yoxdur.
Qeyd edək ki, son bir neçə gündür, Emiliya-Romanya bölgəsində seysmik aktivlik davam edir. Bu səbəblə dəniz sahilində yerləşən bir sıra şəhərlərdə məktəblər bağlanıb.
Leyla Kamil
Leqal.info