Əfqanıstanda hökmranlıq edən “Taliban” hərəkatı qızların ali məktəblərə qəbul imtahanlarında iştirakına qadağa qoyub.

Leqal.info xəbər verir ki, Əfqanıstanın Ali Təhsil Nazirliyi bütün özəl ali aməktəblərə və təhsil müəssisələrinə qızların qəbul imtahanlarına buraxılmamasını əmr edib.
Bildirək ki, “Taliban” ölkədə idarəni ələ keçirdiyi zamandan bu yana qadınların haqlarını əllərindən almaq üçün müxtəlif tədbirlər görür.
Leyla Kamil
Leqal.info