Tbilisi Şəhər Məhkəməsində baş tutan məhkəmə iclasında endokrinoloq Lali Cavaşvili Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin çəkisinin 39,3 faizini itirdiyini açıqlayıb.

Leqal.info xəbər verir ki, Saakaşvilinin səhhətində kliniki kaçexia və malabsorbsiya yarandığını qeyd edən Lali Cavaşvili, eyni zamanda sabiq prezidentin vəziyyətinin ciddi olduğunu və onda başqa simptonların da özünü göstərdiyini bildirib.
Həkimin sözlərinə əsasən, Saakaşvilinin çəkisi 45 kiloqram azalaraq 115 kiloqramdan 69 kiloqrama düşüb.
Leyla Kamil
Leqal.info