Gürcüstanın hökumət administrasiyası ölkənin Baş naziri İrakli Qaribaşvilinin Tbilisidə səfərdə olan Avstriya kansleri Karl Nehammerlə görüşməsi barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, tərəflər görüş əsnasında ikitərəfli əlaqələrin gündəliyində olan məsələləri müzakirə ediblər.
Görüşdə Qara dəniz sualtı-elektrik enerjisi kabeli layihəsi ilə Qafqaz regionunun Avropa ilə əlaqəndiriləcəyi qeyd edilib.
Artıq sözügedən layihənin başladığını deyən Qaribaşvili bununla bağlı dörd ölkənin-Gürcüstan, Rumıniya, Azərbaycan və Macarıstanın iştirakı ilə işçi qrupunun yaradıldığını vurğulayıb.
Elnurə Fərhadqızı
Leqal.info