Pakistanın Peşavar şəhərində yerləşən məsciddə olan partlayış nəticəsində ölənlərin sayı 90-a çatıb.

Leqal.info xəbər verir ki, partlayış nəticəsində 200-dən çox insan yaralanıb. Yaralılardan bir neçəsinin durumu ağır olaraq qalır, digərlərinin müalicəsi isə davam etməkdədir.
Partlayışa görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.
Qeyd edək ki, partlayış yanvarın 30-da Pakistanın Peşavar şəhərindəki məsciddə baş verib. Polis və hərbçilərin və digər insanların içində olduğu məsciddə günorta namazı əsnasında kamikadze partlayıcı qurğunu işə salıb.
Partlayışın olduğu yerdə xilasetmə əməliyyatları aparılır, qurbanların sayının artacağı ehtimal olunur.
Elvin Mahmudlu
Leqal.info