“İraqın “Shafaq News” xəbər portalı İraqın şimalında Naynava əyalətindəki Türkiyənin Zlikan hərbi bazasının raket atəşinə tutulması barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, fevralın 1-i səhər saatlarında hərbi bazaya təxminən 8 raket atılıb. Raketin buraxıldığı ərazinin axtarışı üçün İraq təhlükəsizlik qüvvələri işə başlayıb.
Raket hücumu nəticəsində ölən və xəsarət alan yoxdur.
Qeyd edək ki, iki raketin bazaya, digərlərinin isə onun sərhədlərindən kənara düşdüyü İraq Kürdüstanının Terrorla Mübarizə İdarəsi tərəfindən bildirilib.