Leqal.info xəbər verir ki, İstanbul Baxçalıevlər ərazisində türkiyəli Səfər B-nin idarə etdiyi avtobus öncə dayanacaqda gözləyən şəxslərə, sonra isə mikroavtobusa çırpılıb.
Qəza nəticəsində 51 yaşlı Hikmət Kaya həyatını itirib, azərbaycanlı Əhməd Rzayev, əlcəzairli Messaouda Marike, eyni zamanda türkiyəli Fatma O, Fehim Aydın, Oruç və Yeter Bayqın xəsarət alıblar.
Vəziyyətinin ağır olduğu bildirilən həmyerlimiz yaxınlıqdakı klinikaya yerləşdirilib.
Qəzanı törədən avtobus sürücüsü saxlanılıb.
Leyla Kamil
Leqal.info