Almaniya Kansleri Oalf Şolts Rusiya ilə NATO arasındakı toqquşmanın olduqca dəhşətli ola biləcəyini, rəsmi Berlinin bunun baş verməməsi üçün çalışdığını deyib.

Leqal.info xəbər verir ki, Şoltsun sözlərinə əsasən, Ukraynanın NATO üzvü olması Rusiyanı narahat etməməlidir: “Çünki NATO müdafiə təşkilatı olduğu üçün NATO-nun şərqə tərəf genişlənməsini müharibənin səbəbi olaraq göstərməyə gərək yoxdur”.
Almaniya Kansleri Ukraynadakı müharibəni Rusiyanın çoxdan planlaşdırdığını, Kiyev ilə Brüssel arasındakı təmasların Rusiya Dövlət başçısı Vladimir Putin üçün yalnız bəhanə olduğunu qeyd edib.
Leyla Kamil
Leqal.info