Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Ukraynanın İranla diplomatik əlaqələrinin hər an pozula biləcəyini deyib.

Leqal.info xəbər verir ki, Kulebanın sözlərinə əsasən, bu, Tehranın növbəti davranışlarından asılı olacaq:
“Mən Prezidentə artıq bununla əlaqədar təklif vermişəm. Məsələ hələ ki açıqdır. Qərar hər saniyə qəbul edilə bilər”.
Ukrayna XİN başçısı, eyni zamanda İranın həddini aşdığını bildirib: “Bizim İrana heç bir pisliyimiz olmamasına rəğmən bu dövlət Rusiyaya pilotsuz uçuş aparatları verir”.
Kuleba İrandakı hücumların bu dövlətə bir işarə olduğunu, İranın Rusiya ilə Ukrayna əleyhinə olan əməkdaşlığının faydalı görünməsinə baxmayaraq bu birliyin mənfi nəticələrinin daha çox olduğunu vurğulayıb.
Xatırladaq ki, İranın İsfahan şəhərinə yanvarın 29-da dron hücumları olub.
Leyla Kamil
Leqal.info