Suriyanın Latakiya əyalətində hərbçilər və “Cəbhət ən-Nusra” terror qruplaşması arasında atışma zamanı 11 nəfər həlak olub.

Leqal.info xəbər verir ki, toqquşma zamanı həlak olanlardan 6-sının terrorçu təşkilatın üzvü olduğu bildirilir.
Terrorçuların Latakiya əyalətinin şimalında yerləşən Tellet əl- Burkan bölgəsindəki soyuq hava şəraitindən istifadə edərək hərbçilərə hücum etdiyi qeyd olunur.
Leyla Kamil
Leqal.info