Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə baş verən şiddətli zəlzələ nəticəsində ən çox ziyan dəymiş bölgələri açıqlayıb.

Leqal.info xəbər verir ki, nazirin sözlərinə əsasən, Türkiyədə zəlzələdən ən çox zərər çəkən bölgələr: Qəhrəmanmaraş, Qaziantep, Hatay, Adıyaman, Osmaniyə və Malatyadır.
Süleyman Soylu 4 afterşok olduğunu, eyni zamanda yerli təkanların paytaxt Ankarada və Kayseridə hiss olunduğunu bildirib.
Leyla Kamil
Leqal.info