Türkiyənin milli müdafiə naziri Hulusi Akar tərəfindən zəlzələ nəticəsində Türkiyə ordusunun 3 hərbçisinin şəhid olduğu bildirilib.

Leqal.info xəbər verir ki, Hulusi Akar zəlzələdə Türkiyə Silahlı Qüvvələrinə dəyən ziyan və itkilərin müəyyən olunması yönündə fəaliyyətlərin davam etdiyini və xəsarət alan hərbçilərin də olduğunu qeyd edib.
Xatırladaq ki, son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 284 nəfər ölüb, 2323 insan xəsarət alıb, 1710 bina isə tamamilə dağılıb.
Leyla Kamil
Leqal.info