Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi Rusiya FXT-in Daxili İşlər Nazirliyi ilə birlikdə Moskva və Krasnoyarskda Suriyaya göndərmək məqsədilə döyüşçü hazırlayan terror qruplaşmasının üzvlərini saxladığı barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, Saxlanılan şəxslərdən terror təşkilatının təbliğat videolarının aşkarlandığı, qeyri-qanuni fəaliyyətdə istifadə edilən elektron daşıyıcıları, rabitə vasitələri və bank kartlarının götürüldüyü bildirilib.
Elvin Mahmudlu
Leqal.info