Vasili Malyuk Ukrayna Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin olunub.

Başqa bir qərarla isə İqor Klimenko daxili işlər naziri təyin edilib.
Leqal.info xəbər verir ki, İqor Klimenko 2019-cu ildən Ukrayna milli polisinin rəhbəri və daxili işlər nazirinin müavini vəzifəsini icra edib.
Ukrayna Təhlükəsizlik Xidmətinin yeni rəhbəri Vasili Malyuk isə ötən ilin iyulundan etibarən indiyə kimi UTX rəhbərinin vəzifəsini icra edib və avqust ayından Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.
Leyla Kamil
Leqal.info