Leqal.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Qətər Əmiri ilə görüşündə deyib.
Tramp bildirib ki, onun üçün vacib olan yeganə məsələ İranın heç vaxt nüvə silahına malik olmamasıdır.
O qeyd edib ki, bu məsələ razılaşmada aydın şəkildə öz əksini tapıb: “Onlar nüvə silahı istehsal etməyəcək və almayacaqlar. Bunu etsələr, inanılmaz nəticələrlə üzləşəcəklər”.
ABŞ lideri İranla müharibənin başlama səbəbinin də məhz bu olduğunu vurğulayıb.
Leqal.info