İndoneziya sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

Leqal.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Sulavesi adasında yerləşən, əhalisi təxminən 282 min nəfər olan Palu şəhərindən 46 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan olunmayıb.

Leqal.info