Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi Rusiyanın Tula vilayətinin Efremov şəhərində yaşayış binasının bir hissəsinin çökməsi nəticəsində 5 nəfərin həlak olduğu barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, Ximikov küçəsindəki binanın birinci girişinin uçduğu, 8 mənzilə zərər dəydiyi qaz partlayışının olduğu yaşayış binasının girişinin uçması ilə bağlı şəhər hakimiyyəti tərəfindən fövqəladə vəziyyət tətbiq olunub.
Dağıntılar arasından 7 nəfərin xilas edildiyi qeyd olunub.
Elvin Mahmudlu
Leqal.info