Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə baş vermiş şiddətli zəlzələnin zərərlərinin aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına kömək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) daha bir 229 nəfərdən ibarət şəxsi heyəti Türkiyənin Kahramanmaraş şəhərinə çatıb.Leqal.info bildirir ki, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın FHN-in hazırda 725 nəfərlik heyəti qardaş ölkədə axtarış-xilasetmə işlərinə cəlb olunub.
Leyla Kamil
Leqal.info