“Türkiyə və Suriyada baş verən şiddətli zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə İsveç yardımı yoldadır. Axtarış-xilasetmə qrupunu daşıyan təyyarə İsveçdən havaya qalxıb. 45 nəfərlik tibb işçiləri, itlərlə birlikdə axtarış-xilasetmə qrupları və idarəetmə dəstəyi daxildir. Bu həftənin əvvəlində İsveç ekspertlər göndərib və humanitar yardım üçün 3,2 milyon avro ayırıb. İsveç, eyni zamanda BMT-nin və Fövqəladə Hallara Cavab Fondu (CERF) və Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (İFRC) vasitəsilə dəstək göstərir”, - səfirlik qeyd edib.
İsveçin Türkiyə və Suriyada zərərçəkmişlərə yardım etmək üçün olan səylərinin davam edəcəyi bildirilib.
Leyla Kamil
Leqal.info