Leqal.info xəbər verir ki, Zelenski rusların hədəfinin mülki insanlar və mülki infrastruktur olduğunu vurğulayıb.
“Təəssüf ki, bəzi raketlər hədəfə çatıb, həlak olanlar var, onların ailələrinə başsağlığı verirəm. Rusiyaya aid olan bir neçə raket Moldova və Rumıniyanın hava məkanından keçib. Bu raketlər NATO-ya və ümumi təhlükəsizliyin pozulmasına çağırışdır. Bu terrorun qarşısını almaq mümkün və vacibdir. Dünya bunun qarşısını almalıdır”, Ukrayna Prezidenti qeyd edib.
Leyla Kamil
Leqal.info